"Carlsberg" şirkətinin rəhbərliyi hesab edir ki, bizim pivə brendlərimiz müştərilərə rahatlamaq və məsuliyyətli şəkildə zövq almaq imkanı verir. Bu içkilərdən yetkinlik yaşına çatmış şəxslər məsuliyyətli şəkildə istifadə etməli və sui-istifadə hallarına yol verilməməlidir.
http://www.responsibledrinking.org
Giriş
www.carlsberg.com/az-az (Sayt) Carlsberg Azerbaijan LLC şirkəti (biz, bizi, bizə, bizim) tərəfindən idarə olunur. Şirkətimiz 25508343 qeydiyyat nömrəsi ilə Danimarkada qeydiyyata alınıb və hüquqi ünvanı Şamaxi şossesi 1, Xirdalan, Abşeron rayonudur. Şirkətin törəmələri vaxtaşırı olaraq Saytımızı idarə edə və ya Saytımıza töhfə verə bilər. Törəmələrimizə filial və ya holdinq şirkətlərimiz və hər hansı bu cür holdinq şirkətinin hər hansı filialı daxildir.
Bu istifadə qaydaları (o cümlədən bu qaydalarla bağlı sənədlər) ziyarətçi və ya qeydiyyata alınmış istifadəçi olmağınızdan asılı olmayaraq, sizin üçün Saytımızdan istifadə qaydalarını müəyyən edir. Saytımızdan istifadə dedikdə Sayta daxil olmaq, Saytda gəzişmək və ya Saytdan istifadə etmək üçün qeydiyyatdan keçmək nəzərdə tutulur.
Saytımızdan istifadə etməyə başlamazdan öncə bu istifadə qaydalarını diqqətlə oxumağınız xahiş olunur, çünki bu qaydalar Saytımızdan istifadə etdiyiniz zaman sizə şamil ediləcəkdir. Biz sizə həmçinin məxfilik siyasəti və "cookie" siyasəti ilə tanış olmağınızı, o cümlədən gələcəkdə istifadə etmək üçün bu sənədin surətini çıxarmağınızı tövsiyə edirik.
Saytımıza daxil olmaqla və Saytımızdan istifadə etməklə siz bu istifadə qaydalarının tətbiq olunmasını qəbul etmiş və onlara əməl etməyə razılıq vermiş olursunuz. Bu qaydalar sizinlə bizim aramızda olan hüquqi razılaşmadır və ona yalnız bizim razılığımızla düzəliş edilə bilər. Qaydalar aşağıda verilən və tətbiq olunan digər şərtlərlə, o cümlədən Saytımızda Saytın idarə olunması qaydaları və xidmətlər barədə verilmiş hər hansı məlumatla birlikdə şərh olunmalıdır.
Bu istifadə qaydalarından narazısınızsa, dərhal Saytımızdan istifadə etməyi dayandırmağınız xahiş olunur.
Tətbiq olunan digər şərtlər
Bu istifadə qaydaları Saytımızdan istifadə etdiyiniz zaman tətbiq olunan aşağıdakı əlavə şərtləri nəzərdə tutur:
- Sizdən topladığımız və ya sizin bizə təqdim etdiyiniz və dəqiq olduğuna zəmanət verdiyiniz şəxsi məlumatların tərəfimizdən emal edilməsi şərtlərini müəyyən edən məxfilik siyasətimizy.
- Saytımızda yerləşdirilmiş "cookie"lər barədə məlumat verən "cookie" siyasəti. Saytımızdan istifadə etməklə siz Saytımızda yerləşdirilmiş "cookie"lərdən istifadə edilməsinə razılıq vermiş olursunuz.
- Saytımızdan istifadə ilə bağlı icazə verilən və qadağan olunan halları müəyyən edən məqbul istifadə siyasəti. Saytımızdan istifadə edərkən siz bu məqbul istifadə siyasətinə əməl etməlisiniz.
Şərtlərimizə və Saytımıza edilən dəyişikliklər
Biz əvvəlcədən bildiriş göndərmədən vaxtaşırı olaraq bu istifadə qaydalarına dəyişiklik etmək hüququna sahibik. Etdiyimiz hər hansı dəyişiklikdən xəbərdar olmaq üçün vaxtaşırı olaraq bu səhifəyə göz gəzdirməyiniz xahiş olunur, çünki bu dəyişikliklər hüquqi əhəmiyyət daşıyır.
Biz Saytımızı vaxtaşırı olaraq yeniləyə və istənilən zaman kontenti dəyişdirə bilərik. Buna baxmayaraq, nəzərinizə çatdırırıq ki, Saytımızda yerləşdirilmiş hər hansı kontentin müddəti istənilən zaman bitə bilər və biz onu yeniləmək öhdəliyi daşımırıq.
Biz Saytımızda və ya onun hər hansı kontentində səhv və ya çatışmazlıqların olmayacağına zəmanət vermirik.
Saytımıza giriş
Saytımıza daxil olmaq pulsuzdur.
Biz Saytımızda və ya onun hər hansı kontentində heç vaxt əngəl və ya səhvlərin olmayacağına zəmanət vermirik. Saytımıza daxil olmağa müvəqqəti olaraq icazə verilir. Biz bildiriş vermədən Saytımızı və ya onun hər hansı hissəsini dəyişdirə, ləğv edə və ya fəaliyyətini dayandıra bilərik. Hər hansı səbəbdən Saytımız istənilən vaxt çərçivəsində və ya hər hansı müddətə fəaliyyət göstərməzsə, biz sizin qarşınızda məsuliyyət daşımayacağıq.
Siz Saytımıza daxil olmaq üçün zəruri olan bütün tədbirlərin görülməsi üçün məsuliyyət daşıyırsınız. Eyni zamanda, nəzərinizə çatdırırıq ki, biz Saytımızın hər hansı kontentində infeksiya, virus və/və ya çirkləndirici və ya dağıdıcı funksiyalara malik digər kodun mövcud olmadığına dair bəyanat və ya zəmanət verə bilmərik və vermirik. Siz daxil və xaric etdiyiniz məlumatların təhlükəsizliyi və etibarlılığını təmin etmək məqsədilə xüsusi tələbləri qarşılamaq üçün lazımi prosedurların həyata keçirilməsi və virus yoxlanışlarının (o cümlədən antivirus və digər təhlükəsizlik yoxlanışları) aparılmasına görə məsuliyyət daşıyırsınız.
Siz həmçinin sizin internet bağlantınız vasitəsilə Saytımıza daxil olan bütün şəxslərin bu istifadə qaydaları və tətbiq olunan digər şərtlərlə tanış olmasının, o cümlədən bu şəxslərin bu qayda və şərtlərə əməl etməsinin təmin edilməsinə görə məsuliyyət daşıyırsınız.
Biz Saytımızda və ya Saytımız vasitəsilə əldə edəcəyiniz kontentin tamamilə müvafiq və ya tam hazır olduğunu iddia etmirik. Biz Saytımızın yaxud Saytımızda təsvir olunan hər hansı xidmət və ya məhsulun əlçatanlığını istənilən zaman hər hansı şəxs və ya coğrafi ərazi ilə məhdudlaşdıra bilərik.
Siz bilərəkdən viruslar, troyanlar, soxulcanlar, məntiqi bombalar və ya digər zərərli və yaxud texnoloji zərərverici materialları yoluxduraraq Saytımızdan sui-istifadə hallarına yol verməməlisiniz. Siz Saytımızına icazəsiz daxil olmağa və ya Saytın normal fəaliyyətinə mane olmağa çalışmamalısınız. Xüsusilə, siz Saytımızın yaxud hər hansı kompüter sistemi, server, ruter və ya internetə qoşulmuş hər hansı digər cihazın təhlükəsizliyini riskə atmağa, onlara müdaxilə etməyə, icazəsiz daxil olmağa və ya digər şəkildə onların işini pozmağa çalışmamalısınız. Nəzərinizə çatdırırıq ki, bu cür hallar vaxtaşırı olaraq mülki və/və ya cinayət məsuliyyətinə cəlb olunmağınızla nəticələnə bilər və biz Saytımızın bəzi funksiya və ya hissələrinə yaxud bütövlükdə Sayta girişi məhdudlaşdıra bilərik.
Qeydiyyat
Sizdən qeydiyyat formasını doldurmaq və ya digər məlumatları təqdim etmək tələb olunduqda təqdim etdiyiniz məlumatlar doğru, dəqiq və tam olmalıdır. Təqdim etdiyiniz məlumatlara hər hansı dəyişiklik edilərsə, dərhal bizə bildirməyiniz xahiş olunur.
Əgər siz təhlükəsizlik prosedurlarımız çərçivəsində istifadəçinin identifikasiya kodu, şifr və ya hər hansı digər məlumatı seçər və ya sizə istifadəçinin identifikasiya kodu, şifr və ya hər hansı digər məlumat təqdim olunarsa, siz bu cür məlumatları məxfi saxlamlaı və hər hansı üçüncü şəxsə açıqlamamalısınız. Əgər bu istifadə qaydalarının müddəalarının hər hansı birini pozsanız, sizin tərəfinizdən seçilən və ya bizim təyin etdiyimiz istifadəçinin identifikasiya kodunu və ya şifri istənilən vaxt ləğv etmək hüququna sahibik.
Əgər sizdən başqa hər hansı şəxsin sizə məxsus kod və ya şifri bildiyindən əminsinizsə və ya bundan şübhələnirsinizsə, dərhal [email protected] ünvanına yazaraq bizə məlumat verməlisiniz.
Əqli mülkiyyət hüquqları
Başqa cür müəyyən edilmədiyi hallarda Saytımıza və Saytda dərc olunan materiala aid bütün əqli mülkiyyət hüquqları bizə məxsusdur yaxud biz bu hüquqların lisenziatıyıq. Bu hüquqlar dünyanın bütün yerlərində qüvvədə olan mülkiyyət hüququ haqqında qanunlar və sazişlərlə qorunur. Bütün bu hüquqlar qorunur.
Başqa cür müəyyən edilmədiyi təqdirdə biz Saytımızda əks olunan əmtəə nişanlarının və onlarla bağlı bütün ticarət adları, emblemlər və cihazların sahibi və ya lisenziatıyıq.
Siz yalnız şəxsi istifadəniz üçün Saytımızdan çıxarış və ya materialları endirə və onların surətini çıxara bilərsiniz, ancaq surəti çıxarılmış hər hansı materialın üzərində mülkiyyət hüququ bağlı bütün bildirişlər və ya digər mülkiyyət bildirişləri olmalıdır. Siz çap etiyiniz və ya endirdiyiniz hər hansı materialın kağız və ya rəqəmsal surətlərinə hər hansı dəyişiklik etməməli, hər hansı təsvir, fotoşəkil, videoyazı və ya səs yazılarından yaxud hər hansı qrafikdən onu müşayiət edən hər hansı mətndən ayrılıqda istifadə etməməlisiniz.
Endirilmiş materiallar və ya proqram təminatı üzrə heç bir hüquq, titul və ya maraq onların endirilməsi və ya surətinin çıxarılması yolu ilə sizə ötürülmür. Siz Saytımızda olan materiallardan başqa məqsədlər üçün istifadə edə bilməzsiniz (o cümlədən yuxarıda qeyd olunan hallar istisna olmaqla, əvvəlcədən yazılı razılığımız olmadan materialların çoxaldılması, dərc olunması, dəyişdirilməsi və ya paylanması).
Biz (və həmmüəllif kimi müəyyən edilmiş şəxslər) hər zaman Saytımızda mövcud olan kontentin müəllifi kimi qəbul edilməliyik.
Siz Saytımızda mövcud olan hər hansı kontentdən bizdən və ya lisenziarlarımızdan lisenziya almadan kommersiya məqsədləri üçün istifadə etməməlisiniz.
Əgər Saytımızın hər hansı hissəsini çap edən, endirən və ya həmin hissənin surətini çıxaran zaman bu istifadə qaydalarına pozsanız, sizin Saytımızdan istifadə hüququnuz dərhal ləğv olunacaq və siz bizim müəyyən etdiyimiz qaydada həmin materialların surətlərini qaytarmalı və ya məhv etməlisiniz.
Məlumatın dəqiqliyi
Saytımızda mövcud olan məlumatlar yalnız ümumi xarakter daşıyır. Biz Saytımızda mövcud olan məlumatların dəqiq olmasını təmin etmək üçün bütün müvafiq tədbirləri görəcəyik, ancaq Saytımızda paylaşılan kontent, şərh, rəy və digər materiallar tövsiyə xarakteri daşımır və onlara etibar edilməməlidir. Siz Saytımızda mövcud olan kontent əsasında hər hansı addım atmazdan və ya atacağınız addımdan çəkinmədən öncə peşəkar və ya mütəxəssis məsləhəti almalısınız.
Biz hər hansı məlumatın dəqiq, tam və ya aktual olmasına dair aydın və ya gizli heç bir bəyanat, zəmanət və ya təminat vermirik və qanunl müəyyən edilər hallarda biz sizin tərəfinizdən və ya bu cür məlumatları açıqladığınız hər hansı şəxs tərəfindən bu cür məlumatlara əsaslanılması nəticəsində baş verən hər hansı itki və ya zərərə görə heç bir məsuliyyət daşımırıq. Əgər Saytımızda qeyri-dəqiq məlumat aşkar etsəniz, [email protected] ünvanına yazmağınız xahiş olunur. Bu halda biz sizinlə razı olduğumuz təqdirdə həmin məlumatı mümkün qədər tez düzəltməyə çalışacağıq.
Rəylər
Saytımızda dərc olunan hər hansı fikir və ya rəyə görə onun müəllifi məsuliyyət daşıyır və heç bir şəkildə bizim fikirlərimizi ifadə etmir. Biz hər hansı bu cür fikir və ya rəy, o cümlədən onların qanuniliyi və ya dəqiqliyi barədə aydın və ya gizli heç bir bəyanat, zəmanət və ya təminat vermirik və biz qanunla müəyyən edilən hallarda onlarla bağlı bütün məsuliyyətlərdən imtina edirik.
Müsabiqələr
Saytımızda həyata keçirilən və ya təbliğ olunan hər hansı müsabiqə həmin müsabiqənin xüsusi şərtləri ilə tənzimlənir.
Bu və digər veb-saytlara keçid linkləri
Biz vaxtaşırı olaraq Saytımızdan birbaşa olaraq digər veb-saytlara keçməyinizə şərait yaratmaq üçün linklər yerləşdirə bilərik. Bu cür saytlar bizim nəzarətimiz altında deyil və başqa cür müəyyən edilmədiyi təqdirdə, tərəfimizdən bu cür veb-saytların kontentinə heç bir töhfə verilmir. Bu saytların linkinə daxil olduğunuz zaman siz bizim tərəfimizdən nəzarət edilən sahəni tərk etmiş olursunuz, buna görə biz üçüncü şəxslər tərəfindən məlumatlarınızdan, saytlarımızın kontentindən və ya bu saytların sizə təklif etdiyi məhsul və ya xidmətlərdən istifadə edilməsi nəticəsində yaranan hər hansl problemə görə məsuliyyət daşıya bilmərik.
Biz öz mülahizəmizə əsasən digər saytdan Saytımızda yerləşdirilmiş material və ya məlumatlara hər hansı keçid linkini qadağan etmək hüququna sahibik.
Məsuliyyətimiz
Saytımızın istifadəçilər üçün maraqlı olacağını ümid etsək də, qanunla müəyyən edilən hallarda Saytımıza və ya onun hər hansı kontentinə tətbiq oluna biləcək aydın və ya gizli bütün şərtlər, zəmanətlər və bəyanatları istisna edirik. Biz aşağıdakılarla əlaqədar yarandığı təqdirdə, hətta proqnozlaşdırılması mümkün olsa belə, müqavilə, qanun pozuntusu (o cümlədən səhlənkarlıq), qanunla müəyyən edilmiş öhdəliyin pozulması və s. nəticəsində baş verən hər hansı itki və ya zərər görə hər hansı istifadəçi qarşısında məsuliyyət daşımırıq:
- Saytımızdan istifadə və ya Saytımızdan istifadənin mümkün olmaması;
- Saytımızda nümayiş etdirilən hər hansı kontentdən istifadə və ya bu kontentin əsas götürülməsi.
Əgər saytımızdan istehlakçı kimi istifadə edirsinizsə, biz hər hansı mənfəətin itirilməsi, biznesin itirilməsi, sahibkarlıq fəaliyyətinin dayandırılması və ya biznes imkanının itirilməsinə görə sizin qarşınızda məsuliyyət daşımırıq. Biz yalnız müvafiq yollarla proqnozlaşdırıla bilən itkilərə görə məsuliyyət daşıyırıq.
Əgər saytımızdan biznes istifadəçisi kimi istifadə edirsinizsə, aşağıdakılardan hər hansı birinə görə heç bir halda qarşınızda məsuliyyət daşımırıq:
- mənfəət, satış, biznes və ya gəlirin itirilməsi;
- sahibkarlıq fəaliyyətinin dayandırılması;
- gözlənilən qazancın itirilməsi;
- biznes imkanı, işgüzar nüfuz və ya şöhrətin itirilməsi;
- hər hansı dolayı itki və ya zərər.
Biz Saytımızdan istifadə etməyiniz və ya hər hansı kontenti Saytımızdan və ya onunla bağlı hər hansı saytdan yükləməyiniz nəticəsində virus, xidməti əngəlləyən hücum və ya kompüter avadanlıqları, proqramları, məlumatlar və ya digər şəxsi materiallara zərər verə biləcək texnoloji cəhətdən zərərli digər materialın səbəb olduğu hər hansı itki və ya zərər görə məsuliyyət daşımırıq.
Biz Saytımızla əlaqələndirilmiş veb-saytların kontentinə görə heç bir məsuliyyət daşımırıq. Bu cür linklər tərəfimizdən əlaqələndirilmiş veb-saytların təsdiq olunması kimi şərh olunmamalıdır. Biz onlardan istifadə etməyiniz nəticəsində baş verə biləcək hər hansı itki və ya zərə görə məsuliyyət daşımırıq.
Biz qanuna zidd olduğu təqdirdə sizin qarşınızda olan öhdəliklərimizi istisna etmir və ya məhdudlaşdırmırıq. Biz Danimarka qanunvericiliyinə uyğun olaraq öhdəliyimizi maksimum mümkün hallarla məhdudlaşdırırıq.
Saytımıza kontentin yüklənməsi
Sizə Saytımıza kontent yükləmək və ya Saytımızın digər istifadəçiləri ilə əlaqə yaratmaq imkanı verən funksiyadan istifadə etdiyiniz zaman məqbul istifadə siyasətimizdə müəyyən edilmiş kontent standartlarına əməl etməlisiniz.
Siz hər hansı bu cür töhfənin həmin standartlara uyğun olmasına zəmanət verir, həmin zəmanətin pozulmasına görə bizim qarşımızda məsuliyyət daşıyır və bizə təzminat ödəmək öhdəliyi götürürsünüz. Əgər siz istehlakçısınızsa, bu, o deməkdir ki, siz zəmanəti pozmağınız nəticəsində bizə dəyən hər hansı itki və ya zərərə görə məsuliyyət daşıyırsınız.
Saytımıza yüklədiyiniz hər hansı kontent məxfi və özəl hesab olunmur. Siz kontentiniz üzərində bütün mülkiyyət hüquqlarına sahibsiniz, ancaq sizdən həmin kontentdən istifadə etmək, onu saxlamaq, kontentin surətini çıxararaq üçüncü şəxslərə paylamaq üçün bizə məhdud lisenziya verməyiniz tələb olunur. Bizə verdiyiniz hüquqlar növbəti bölmədən təsvir olunur (Lisenziya ilə verdiyiniz hüquqlar).
Biz şəxsiyyətinizi sizin tərəfinizdən Sayta yüklənmiş və ya Saytda yerləşdirilmiş hər hansı kontentin onların əqli mülkiyyət hüquqlarını və ya məxfilik hüququnu pozduğunu iddia edən üçüncü şəxslərə açıqlaya bilərik.
Biz sizin və ya Saytımızın hər hansı digər istifadəçisi tərəfindən Saytda yerləşdirilmiş hər hansı kontentə və ya həmin kontentin dəqiqliyinə görə hər hansı üçüncü şəxs qarşısında məsuliyyət daşımırıq.
Biz öz mülahizəmizə əsasən məqbul istifadə siyasətimizdəy müəyyən edilmiş kontent standartlarına uyğun olmadığını düşündüyümüz təqdirdə Saytımızda yerləşdirdiyiniz hər hansı məlumatı silmək hüququna sahibik.
Digər istifadəçilər tərəfindən Saytımızda ifadə olunan fikirlər bizim fikir və ya dəyərlərimizi əks etdirmir.
Öz kontentinizin qorunması və ehtiyat surətinin çıxarılması görə yalnız siz məsuliyyət daşıyırsınız.
Lisenziya ilə verdiyiniz hüquqlar
Saytımıza kontent yükləyən və ya Saytımızda kontent yerləşdirən zaman siz Saytımız tərəfindən göstərilən xidmətlə əlaqədar və müxtəlif KİV-də, o cümlədən bu Saytın təbliğatını aparmaq məqsədilə istifadə tərəfindən yaradılmış kontentdən istifadə etmək, bu kontenti çoxaltmaq, onun törəmələrini hazırlamaq, kontenti nümayiş etdirmək və icra etmək üçün bizə başqasına ötürülə bilən, daimi, qlobal, eksklüziv olmayan və ödənişsiz lisenziya vermiş olursunuz.
Əlçatanlıq
Biz texnoloji imkanlarınız və ya bacarıqlarınızdan asılı olmayaraq, bu Saytın əlçatan və istifadəyə yararlı olmasına ehtiyac olduğunu qəbul edirik.
Biz əlçatanlıq və istifadəyə yararlıq barədə qəbul edilmiş təlimat və normalara sadiq olsaq da, bunu hər zaman Saytımızın bütün sahələrində etmək mümkün olmur. Digər tərəfdaşlarımız və Saytın istifadəçiləri tərəfindən təqdim olunan kontent bu cür təlimat və normalara uyğun olmaya bilər.
Biz mütəmadi olaraq Saytımızın əlçatanlıq və istifadəyə yararlılıq səviyyəsini artırmağa çalışırıq. Əgər təkmilləşdirilməsi tələb olunan kontent aşkar etsəniz və ya bu Saytdan istifadə etməkdə çətinlik çəksəniz, bizə məlumat verməyinizi xahiş edirik.
Ümumi müddəalar
Hər hansı formal bildiriş yuxarıda qeyd olunan hüquqi ünvanımıza göndərilməli, baş hüquq məsləhətçisinin diqqətinə çatdırıldığı qeyd olunmalıdır.
Bizim tərəfimizdən hər hansı hüququn icra edilməməsi bu hüquqdan imtina etdiyimizi göstərmir. Siz bu istifadə qaydaları üzrə hüquqlarınızı başqasın həvalə edə və ya ötürə bilməzsiniz.
Bu istifadə qaydalarının hər hansı hissəsinin hüquqi baxımdan icrası mümkünsüz olduğu aşkar edilərsə, bu istifadə qaydalarının digər hissələri qüvvədə qalmağa davam edir.
Əgər siz istehlakçısınızsa, istifadə qaydaları, onun məzmun və formasının mümkün olan bütün hallarda Danimarka qanunvericiliyi ilə tənzimləndiyini nəzərə almağınız xahiş olunur. Həm siz, həm də biz mümkün olan bütün hallarda Danimarka məhkəmələrinin eksklüziv yurisdiksiyaya malik olmasına razılıq veririk.
Əgər siz təsərrüfat subyektisinizsə, bu istifadə qaydaları, onun məzmunu və forması (o cümlədən müqavilə ilə tənzimlənməyən hər hansı mübahisə və ya iddialar) Danimarka qanunvericiliyi ilə tənzimlənir. Həm siz, həm də biz Danimarka məhkəmələrinin eksklüziv yurisdiksiyaya malik olmasına razılıq veririk.
Bizimlə əlaqə
Əgər Saytımızla bağlı problemlərlə üzləşir və ya onunla bağlı şərh bildirmək istəyirsinizsə, tərəddüd etmədən [email protected] ünvanına yazmağınızı xahiş edirik.
Yeniliklər
Bu istifadə qaydaları sonuncu dəfə 2018-ci ilin may ayında yenilənib.