"Carlsberg Group" şirkətinin rəhbərliyi başa düşür ki, sizin şəxsi məlumatlarınızın təhlükəsizliyi həddindən artıq vacibdir və şirkət sizin məxfiliyinizə hörmət etməyə, o cümlədən şəxsi məlumatlarınızı qorumağa söz verir.
Bu məxfilik siyasəti Carlsberg Azerbaijan LLC şirkəti ("Carlsberg", biz, bizə, bizi, bizim) tərəfindən şəxsi məlumatlarınızdan necə istifadə olunduğunu, o cümlədən məlumatlarınızı qorumaq və məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün görülən tədbirləri müəyyən edir.
Bizdən məhsul satın aldığınız, xidmətlərimizdən yararlandığınız, tədbir və ya reklam aksiyalarımızda iştirak etdiyiniz yaxud digər şəkildə bizimlə əlaqə qurduğunuz, o cümlədən veb-saytlarımızdan hər hansı birindən istifadə etdiyiniz və ya sosial şəbəkə vasitəsilə bizimlə əlaqə saxladığınız zaman bu məxfilik siyasəti tətbiq olunur.
Bir dəqiqəlik vaxt ayıraraq bu siyasətlə ətraflı tanış olmağınızı xahiş edirik (o cümlədən əgər veb-saytlarımızdan hər hansı birindən istifadə edirsinizsə, "cookie" siyasətimiz , istifadə qaydalarımız və onlarla bağlı hər hansı digər sənəd). Əgər bizim faktiki müştərilərimizdən birisinizsə, şəxsi məlumatlarınızdan necə istifadə etdiyimizlə bağlı ətraflı məlumat sizinlə bağladığımız müqavilədə müəyyən edilə bilər. Sizdən şəxsi məlumatlarınızı əldə etdiyimiz zaman şəxsi məlumatlarınızdan istifadə etmək istədiyimiz hallar barədə əlavə bildirişlər, o cümlədən konkret istifadə hallarını siyahıya daxil etmək və ya siyahıdan çıxarmaq imkanı sizə verilə bilər.
Bu məxfilik siyasətində məxfiliyin qorunması üçün həyata keçirdiyimiz prosedurlar izah edilir və aşağıdakı sahələr əhatə olunur:
- Hansı şəxsi məlumatları toplayırıq
- Şəxsi məlumatlarınızla nələr edirik
- "Cookie"lərdən necə istifadə edirik
- Çat otaqları, ismarıc lövhələri və ya digər interaktiv forumlardan istifadəniz
- Şəxsi məlumatlarınızı necə toplayırıq
- Hüquqlarınız və bizimlə əlaqə
- Bu siyasətə edilən dəyişikliklər
1) Hansı şəxsi məlumatları toplayırıq
Biz sizinlə bağlı aşağıdakı şəxsi məlumatların bəzilərini və ya hər birini toplayaraq emal edəcəyik:
Sizinlə bağlı məlumatlar: Sizin adınız, ünvanınız, e-mail ünvanınız, telefon nömrəniz, sosial şəbəkə hesabınız, genderiniz, doğulduğunuz tarix və ya fotoşəkliniz yaxud işlədiyiniz yer barədə və vəzifəniz barədə məlumatlar.
Sizin reklam aksiyalarımız və müsabiqələrimiz və ya tədbirlərimizdə iştirakınızla bağlı əldə etdiyimiz məlumatlar: ərizə formalarına daxil etdiyiniz məlumatlar, sizin və ya bizim tərəfimizdən qeydə alınmış videoyazılar və səs yazıları, daxil olduğunuz və ya qalibi olduğunuz hər hansı reklam aksiyası və müsabiqə ilə bağlı qonaqlarınızla bağlı ətraflı məlumat yaxud tədbirlərdə iştirakınızla bağlı digər məlumatlar, o cümlədən qidalanma ilə bağlı və daxil olmağınıza yardım etmək üçün hər hansı tələbiniz.
Maraqlarınızla bağlı məlumatlar: məşğul olduğunuz hər hansı hobbi və ya fəaliyyət, şəxsi maraqlarınız barədə ətraflı məlumat və ya digər məlumatlar
Marketinq seçimləri ilə bağlı məlumatlar: marketinq və kommunikasiya ilə bağlı seçimləriniz barədə ətraflı məlumat, hansı məhsul və xidmətlərin sizə maraqlı ola biləcəyini müəyyən etmək üçün topladığımız məlumatlar
Çat otaqları, ismarıc lövhələri, sosial şəbəkə səhifələri və ya digər interaktiv forumlardan istifadəniz, o cümlədən onlayn şəkildə paylaşdığınız hər hansı şərh, fotoşəkil, video və ya digər məlumat
Sorğu məlumatları: həyata keçirdiyimiz bazar sorğularına verdiyiniz cavablar
Sizinlə yazışmalarımız , o cümlədən telefon, e-mail və ya sosial şəbəkə vasitəsilə bizə yönləndirdiyiniz hər hansı şərh və şikayətlər yaxud sizinlə aramızda baş tutan hər hansı onlayn, yazılı və ya canlı yazışma və ünsiyyətlə bağlı qeydlər. Əgər bizimlə telefon vasitəsilə əlaqə saxlamısınızsa, biz bizə zəng etmək üçün istifadə etdiyiniz telefon nömrəsi ilə bağlı məlumatları və telefon danışığının qeydə alınması yolu ilə əldə edilmiş hər hansı məlumatı toplayacağıq
Texniki məlumatlar, o cümlədən kompüteri internetə qoşmaq üçün istifadə etdiyiniz internet protokolu (İP) ünvanı və ya sistemə giriş məlumatlarınız, brauzerin növü və versiyası, vaxt zonası, brauzerin qoşulma modulunun növləri və versiyaları, əməliyyat sistemi və platforma
Veb-saytlarımıza ziyarətlərinizlə bağlı məlumatlar, o cümlədən veb-saytlarımıza daxil olmaq üçün istifadə etdiyiniz, veb-saytlarımız vasitəsilə keçid etdiyiniz və veb-saytlarımızın sizi yönləndirdiyi informasiya resurslarının vahid lokatorları (URL) barədə tam məlumat (o cümlədən tarix və vaxt), baxış keçdirdiyiniz və ya axtardığınız məhsullar, daxil olduğunuz səhifələr, səhifələrin reaksiya müddətləri, endirmə əməliyyatları ilə bağlı xətalar, müəyyən səhifələrə ziyarətlərin müddəti, səhifə ilə qarşılıqlı mübadilə məlumatları (məsələn, səhifəni aşağıya çevirmək, hər hansı keçidə daxil olmaq və mausu (siçan) hər hansı keçidin üzərinə gətirmək), həmçinin səhifədən çıxmaq üçün istifadə olunan metodlar
Şəxsi məlumat mənbələri
Biz sizinlə bağlı əldə etdiyimiz şəxsi məlumatların böyük hissəsini birbaşa sizdən yaxud bizim, veb-saytlarımız və ya sosial şəbəkə hesablarımızla qurduğunuz əlaqə zamanı toplayırıq. Biz həmçinin şəxsi məlumatlarınızı digər mənbələrdən, o cümlədən biznes tərəfdaşlarından, texniki, ödəniş və çatdırılma xidmətləri üzrə sub-podratçılardan, reklam şəbəkələrindən, analitika xidməti göstərən podratçılardan, axtarış məlumatları ilə bağlı xidmət göstərən podratçılardan, kredit tarixçəsi bürolarından, dələduzluğa qarşı mübarizə üzrə məlumat bazaları və digər müstəqil məlumat bazalarından, o cümlədən sanksiya siyahılarından, biznes məlumatlarından və tədqiqat alətlərindən əldə edə bilərik.
Məxfi şəxsi məlumatlar
Məlumatların qorunması haqqında qanunvericiliyə əsasən şəxsi məlumatların müəyyən kateqoriyaları xüsusilə məxfi hesab olunur və bu səbəbdən qorunan zaman xüsusi diqqət tələb edir. Bu kateqoriyalara səhhətiniz, irqi və ya etnik mənşəyiniz, siyasi baxışlarınız, dini inanclarınız, həmkarlar ittifaqlarına üzvlüyünüz və ya cinsi oriyentasiyanız, genetik və biometrik məlumatlarınız daxildir. Avropanın məlumatların qorunması haqqında qanunvericiliyinə əsasən məhkumluq və cinayət əməlləri ilə bağlı məlumatlar da məxfi hesab olunur.
Bəzi hallarda bu cür məxfi şəxsi məlumatları toplayaraq istifadə edəcəyik. Məsələn, tədbirdə iştirakınızla əlaqədar xüsusi tibbi qayğıya, hər hansı yerə daxil olan zaman yardıma ehtiyacınız və ya xüsusi qidalanma tələbləriniz olub-olmadığını müəyyən edən zaman dini inanclarınız (məsələn, İslam və ya Yəhudi dininə uyğun qidalandığınız) yaxud keçmişinizlə bağlı müəyyən araşdırma aparan zaman məhkumluq tarixçənizlə bağlı məlumatlar aşkar edilə bilər. Biz məxfi hesab olunan bu cür şəxsi məlumatlardan məlumatların qorunması ilə bağlı qüvvədə olan qanunlara uyğun olaraq, o cümlədə "Şəxsi məlumatlarınızla nələr edirik" bölməsində müəyyən edilən qaydada istifadə edirik.
2) Şəxsi məlumatlarınızla nələr edirik
Avropanın məlumatların qorunması ilə bağlı qanunvericiliyinə əsasən (Avropanın Məlumatların Qorunması ilə bağlı Qanunvericiliyi) biz şəxsi məlumatlarınızdan istifadə etmək üçün hüquqi baza və ya "əsas" yaratmalı və bu barədə sizə məlumat verməliyik. Aşağıda təsvir olunan istifadə hallarının hər birində biz məlumatlardan hansı məqsədlə istifadə etdiyimizi və hansı məqsədlə bu məlumatları açıqladığımızı, o cümlədən bu məlumatlardan istifadə etmək üçün əsası qeyd edirik. Bu əsasların hər birinin izahı bu sənəddə verilib.
"Carlsberg"lə necə əlaqə qurduğunuzdan asılı olaraq, biz şəxsi məlumatlarınızdan aşağıdakı məqsədlər üçün istifadə edəcəyik:
Tələb etdiyiniz məhsul və xidmətləri sizə təqdim etmək və idarə etmək: Sizinlə bağladığımız hər hansı müqavilə üzrə öhdəliklərimizi yerinə yetirmək, o cümlədən çatdırılmanı həyata keçirmək, sifarişləri icra etmək və ya ləğv etmək, sizə tələb etdiyiniz məlumat, məhsul və xidmətləri təqdim etmək, sizi məhsul və xidmətlərimizə edilən dəyişikliklər barədə məlumatlandırmaq.
Hüquqi əsaslar: müqavilənin icrası, qanuni maraqlar (bizə öz öhdəliklərimizi yerinə yetirmək, məhsul və xidmətləri sizə təqdim etmək və ya sizi məhsul və xidmətlərimizə edilən dəyişikliklər barədə məlumatlandırmaq imkanı verməsi üçün)
Sizinlə effektiv şəkildə ünsiyyət qurmaq: Sual, şərh, şikayət və ya digər sorğularınızı, o cümlədən məhsullarımızla bağlı sorğularınızı cavablandırmaq.
Hüquqi əsaslar: qanuni maraqlar (bizə sizinlə yazışmaq, o cümlədən məhsul və xidmətlərimizi sizə təqdim etmək imkanı verməsi üçün), hüquqi iddialar
Fəaliyyətlərə nəzarət etmək və sizinlə yazışmalarımızı qeydə almaq: Sizinlə apardığımız məlumat mübadilələrinə nəzarət etmək, o cümlədən xidmət keyfiyyətini, prosedurlara uyğunluğu təmin etmək və təlim məqsədləri üçün.
Hüquqi əsaslar: qanuni maraqlar (bizə məhsul və xidmətlərimizin keyfiyyətini təmin etmək imkanı verməsi üçün)
Sizə marketinq materiallarını təqdim etmək: Bu cür məhsul və ya xidmətlər satın aldığınız və ya haqqında sorğu göndərdiyiniz məhsul və ya xidmətlərə bənzər olduqda yaxud bu məqsədlər üçün sizinlə əlaqə saxlanılmasına razılıq verdiyiniz halda sizə poçt, e-mail, telefon, SMS, onlayn və ya sosial şəbəkə reklamları vasitəsilə təklif etdiyimiz məhsul və xidmətlər barədə məlumat vermək. Biz həmçinin məlumatlarınızdan seçilmiş biznes tərəfdaşlarının məhsul və xidmətlərinin marketinqini həyata keçirmək üçün istifadə edə bilərik. Qanunla müəyyən edilən hallarda marketinqin bu növlərindən hər hansı birini həyata keçirmək üçün sizdən razılıq alacağıq. Biz sizə göndərdiyimiz hər hansı elektron marketinq materialı ilə bağlı əlavə məlumat almaqdan imtina etmək və ya bu cür xidməti ləğv etmək imkanı verəcəyik yaxud siz istənilən zaman aşağıdakı "Əlaqə" bölməsində verilmiş məlumatlarda istifadə edərək bizimlə əlaqə saxlamaqla bu məlumatları almaqdan imtina edə bilərsiniz.
Hüquqi əsaslar: razılıq, qanuni maraqlar (sizi məhsul və xidmətlərimiz barədə mütəmadi olaraq məlumatlandırmaq üçün)
Müştərilərimizi başa düşmək, onların istəklərinə uyğun məhsul və xidmətlər yaratmaq, o cümlədən öz məhsul və xidmətlərimizi onların istəklərinə uyğunlaşdırmaq: Biz sizə və digərlərinə təqdim etdiyimiz reklamların effektivliyini ölçmək və ya başa düşmək və sizə uyğun reklamlar göndərmək üçün əldə etdiyimiz şəxsi məlumatları təhlil edə bilərik. Biz ümumi məlumatları bizimlə əməkdaşlıq edən reklam şirkətlərinə təqdim edə, sizə, müştərilərimizə və veb-saytlarımızın istifadəçilərinə sizin və ya onların diqqətini çəkə biləcək məhsul və ya xidmətlər barədə təklif və tövsiyələr verə bilərik.
Hüquqi əsaslar: Qanuni maraqlar (məhsul və xidmətlərimizin keyfiyyətini təmin etmək, onları yaxşılaşdırmaq, sizə öz veb-saytlarımızda kontent və xidmətlər təqdim etmək üçün)
Reklam aksiyaları və müsabiqələrimizi həyata keçirmək: Reklam aksiyaları və müsabiqələrdə iştirak etdiyiniz zaman bu cür aksiya və müsabiqələri həyata keçirmək, o cümlədən qalib gəldyiniz halda sizə bu barədə məlumat vermək. Əgər mükafat qazansanız, yerli qanunvericiliyə uyğun olaraq biz veb-saytarımızda, sosial şəbəkələrimizdə və pres-relizlərdə sizin və qonaqlarınızın şəxsi məlumatlarını dərc edə bilərik. Biz həmçinin mükafatın təqdim olunması məqsədləri üçün bu məlumatları tələb edə biləcək üçüncü şəxslərə həmin məlumatları təqdim edə bilərik.
Hüquqi əsaslar: hüquqi öhdəliklər, müqavilənin icrası, qanuni maraqlar (reklam aksiyaları və tədbirlərimizi müvəffəqiyyətlə həyata keçirmək üçün)
Tədbirlərimizi həyata keçirmək: Əgər təşkil etdiyimiz və ya digər şəkildə maliyyələşdirdiyimiz tədbirdə iştirak etsəniz, biz şəxsi məlumatlarınızdan, o cümlədən qidalanma ilə bağlı xüsusi tələbləriniz, səhhətiniz və hər hansı yerə daxil olmaq üçün yardım ehtiyac duymağınız barədə məlumatlardan tədbirin həyata keçirilməsi çərçivəsində istifadə edə bilərik.
Hüquqi əsaslar: qanuni maraqlar (tədbirlərin həyata keçirilməsi, o cümlədən tədbirlər zamanı xüsusi seçim və tələblərinizin nəzərə alınması və yerinə yetirilməsi üçün, aydın razılıq (tələb olunarsa)
Dələduzluğun qarşısını almaq: Biz və digər qurumlar qüvvədə olan qanunların və normativ-hüquqi aktların, o cümlədən qəbul edilmiş normaların tələbi ilə dələduzluğun qarşısını almaq üçün istənilən zaman müəyyən məlumatları əldə edərək onlardan istifadə edə bilərik. Əgər yanlış və ya qeyri-dəqiq məlumat təqdim edilərsə və dələduzluq aktı müəyyən edilər və ya bu cür akta dair şübhə yaranarsa, məlumatlar dələduzluğun qarşısının alınması üzrə qurumlara ötürülə və bizim və ya onlar tərəfindən qeydə alına bilər.
Hüquqi əsaslar: hüquqi öhdəliklər, qanuni maraqlar (bizim məqbul risk profilimizə uyğun gəlməyinizi təmin etmək, o cümlədən cinayətkarlıq və dələduzluq aktlarının qarşısının alınmasına yardım etmək üçün), böyük ictimai maraq
Sizin barənizdə müəyyən yoxlanışlar, məsələn, müştərini tanımaq məqsədilə aparılan yoxlanışları və kredit yoxlanışlarını həyata keçirmək: Əgər siz faktiki və ya perspektivli müştərisinizsə, biz şəxsi məlumatlarınızdan sizinlə (və/və ya biznesinizlə) bağlı müəyyən yoxlanışları həyata keçirmək üçün istifadə edə bilərik. Bu məqsədlə, biz məlumatlarınızı müvafiq səlahiyyətli orqanlara, o cümlədən kredit tarixçəsi bürolarına, dövlət qurumlarına və dələduzluğun qarşısının alınması üzrə qurumlara təqdim edə bilərik. Hüquq-mühafizə orqanları bu məlumatları əldə edərək onlardan istifadə edə bilər. Biz və bu cür qurumların qeydə aldığı məlumatları əldə edərək onlardan istifadə edən digər təşkilatlar bunu sizin yaşadığınız ölkədən başqa ölkələrdən edə bilər.
Hüquqi əsaslar: hüquqi öhdəlik, qanuni iddialar, böyük ictimai maraqlar, qanuni maraqlar (cinayətkarlıq və dələduzluq aktlarının qarşısını almaq üçün)
Veb-saytlarımızı idarə etmək və yaxşılaşdırmaq, veb-saytların kontentinin müvafiq olmasını təmin etmək: Yalnız spirtli içki içmək qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxslərin veb-saytlarımıza baxış keçirməsini və veb-saytlarımızla məlumat mübadiləsi aparmasını təmin etmək, veb-saytlarımızı yaxşılaşdırmaq, kontentin sizin və kompüteriniz üçün maksimum effektiv şəkildə təqdim edilməsini təmin etmək, veb-saytlarımızı idarə etmək, daxili əməliyyatların icrasını, problemlərin aşkar edilərək aradan qaldırılmasını, məlumatların təhlilinin aparılmasını (o cümlədən trafiklə bağlı məlumatların təhlili), sınaq, araşdırma, statistika və sorğuların aparılmasını təmin etmək, xidmətimizdə iştirak etməyinizə və xidmətimizin interaktiv imkanlarına abunə olmağınıza şərait yaratmaq, veb-saytlarımızın təhlükəsizliyini təmin etmək, veb-saytlarımızda kontentin sizin və cihazınız üçün maksimum effektiv şəkildə təqdim olunmasını təmin etmək (bu məqsədlə, məlumatlarınız biznes tərəfdaşlarına, podratçılara, analitika və axtarış mühərriki xidmətlərini göstərən şirkətlərə ötürülə bilər).
Hüquqi əsaslar: qanuni maraqlar (tərəfimizdən veb-saytlarımızın idarə olunması, sizə veb-saytlarımızda kontent və xidmətlərin təqdim olunmasına şərait yaratmaq üçün), hüquqi öhdəlik
Biznesimizi yenidən təşkil etmək və ya biznesimizə dəyişikliklər etmək: Aşağıdakı hallarda təklif olunan hər hansı satışın təhlili məqsədilə həyata keçirilən müvafiq tədbirlər və ya biznesin yenidən təşkili çərçivəsində şəxsi məlumatlarınızın qismən və ya tam şəkildə müvafiq üçüncü şəxsə (və ya onun məsləhətçilərinə) ötürülməsinə ehtiyac yarana bilər: (i) biznesimizi və ya onun bir hissəsini üçüncü şəxsə satmaq üçün danışıqlar apardıqda; (ii) şirkətin səhmlərini üçüncü şəxsə satdıqda; (iii) şirkəti yenidən təşkil etdikdə. Eyni zamanda, şəxsi məlumatlarınızın səhmlərin satışı və ya şirkətin yenidən təşkilindən sonra yaranan quruma onlardan bu məxfilik siyasətində müəyyən edilmiş məqsədlərlə istifadə etməsi üçün ötürülməsinə ehtiyac yarana bilər
Hüquqi əsaslar: qanuni maraqlar (tərəfimizdən biznesimizin dəyişdirilməsinə şərait yaratmaq üçün), hüquqi öhdəlik
Normativ-hüquqi öhdəlikləri yerinə yetirmək: Biz şəxsi məlumatlarınızdan normativ-hüquqi tələblərimizi qarşılamaq məqsədilə emal edə bilərik ki, bu zaman şəxsi məlumatlarınız üçüncü şəxslərə, o cümlədən sığorta şirkətlərinə, məhkəmə və/və ya tənzimləmə və ya hüquq-mühafizə orqanlarına dünyanın hər hansı hissəsində həmin qurumlar tərəfindən həyata keçirilən sorğu, prosedur və ya araşdırmalar çərçivəsində yaxud bunu etmək icbari olduqda ötürülə bilər.
Hüquqi əsaslar: hüquqi öhdəliklər, qanuni iddialar, qanuni maraqlar (hüquq-mühafizə və tənzimləmə orqanları ilə əməkdaşlıq etmək üçün)
Əgər müəyyən etdiyimiz hüquqi əsaslarla bağlı hər hansı sualınız olarsa, aşağıdakı "Əlaqə" bölməsində verilmiş məlumatlardan istifadə edərək bizimlə əlaqə saxlamağınız xahiş olunur.