Qırmızı arpa

«Carlsberg» qırmızıya rənglənən gün

AŞAĞIYA ÇEVİRİN

Liverpul FK və “Carlsberg”

Qırmızı qüvvətli qırmızılar üçün

Qırmızı rəngdə geyinən komandalar daha çox qələbə qazanır. Bu fikri komandanın ağ rəngli şort və corablarını qırmızıya dəyişməsi ilə məşhur olan Liverpul FK-nin əfsanəvi meneceri Bil Şenkli  səsləndirib. Komanda hələ də qırmızı rəngdə geyinir. Bu rəng futbol dünyasında yadda galan nışana çevrilib.

Liverpul FK-nin tam qırmızı geyimə keçdiyi tarixi günü və klubla 26 mövsümlük tərəfdaşlığımızı qeyd etmək üçün biz də qırmızıya keçirik.

Carlsberg Tədqiqat Laboratoriyasının pivə bişirənləri və alimləri Liverpul FK-nin azarkeşləri üçün xüsusi pivə bişirib: tam qırmızı etiketi və tam qırmızı şüşə ilə tam qırmızı pivə.

Qırmızı pivə, qırmızı arpa

Məhdud sayda istehsal edilən, 4,6% alkoqolu, qırmızı rəngli «Pilsner» pivəsinə qırmızı rəngi verən təbii şəkildə qırmızı olan arpa növüdür. Bu arpa Carlsberg Tədqiqat Laboratoriyasında alimlər tərəfindən yetişdirilir.

Tamamilə qırmızı olan pivənin arxasında elmmi dayanır? Çox güman ki.

Carlsberg Tədqiqat Laboratoriyasının sədri Bircitte Skadhauge bu fikri səsləndirib: “Liverpul FK azarkeşləri üçün tam qırmızı pivəni bişirməyə başlayanda hər zaman əfzəl uğrunda çalışan bir komanda kimi bilirdik ki, bu, asan olmayacaq.

Ənənəvi qırmızı pivələrdən fərqli olaraq, «pilsner»in qırmızı rəngi nisbətən aşağı temperaturlara davamlı olan, bu səbəbdən kütləvi şəkildə pivə hazırlamaq üçün böyük miqdarda yetişdirilməsi çətin olan qırmızı arpa növünün xarici səthindən gəlir.

Bu pivəni bişirmək üçün bir il sınaqlar aparıldı, ancaq komandamızın nəhayət buna nail olduğunu görməkdən məmnunuq. Biz qırmızı rəngli bu xüsusi pivəni Liverpul FK azarkeşləri üçün bişirmişiq və ümid edirik ki, ondan zövq alacaqlar.”