Bu veb-sayt [www.carlsberg.com/az-az] (Sayt) [Carlsberg Azerbaijan LLC] şirkəti (biz, bizi, bizə, bizim)tərəfindən idarə olunur. Bu məqbul istifadə siyasəti Saytımıza daxil olduğunuz zaman tətbiq olunan şərtləri müəyyən edir. Bu məqbul istifadə siyasəti Saytımızın bütün istifadəçi və ziyarətçilərinə tətbiq olunur.
Saytımızdan istifadə etməklə şirkətimizin şərtləri, məxfilik siyasəti və "cookie" siyasətini tamamlayan bu məqbul istifadə siyasəti etmiş və bu siyasətə əməl etməyə razılıq vermiş olursunuz.
Şirkətimiz 25508343 qeydiyyat nömrəsi ilə Danimarkada qeydiyyata alınıb və hüquqi ünvanı Şamaxi şossesi 1, Xirdalan, Abşeron rayonudur. Şirkətin törəmələri vaxtaşırı olaraq Saytımızı idarə edə və ya Saytımıza töhfə verə bilər. Törəmələrimizə filial və ya holdinq şirkətlərimiz və hər hansı bu cür holdinq şirkətinin hər hansı filialı daxildir.
Qadağan edilmiş istifadə halları
Siz Saytımızdan yalnız qanuni məqsədlər üçün istifadə edə bilərsiniz. Siz Saytımızdan aşağıdakı şəkildə istifadə edə bilməzsiniz:
- Qüvvədə olan hər hansı yerli, milli və ya beynəlxalq qanun və ya normativ hüquqi aktı pozmaqla.
- Qanunları pozmaqla və ya dələduzluq etməklə yaxud qanunları pozmaq və ya dələduzluq etmək məqsədilə.
- Hər hansı şəkildə azyaşlılara zərər vermək və ya zərər verməyə çalışmaq məqsədilə.
- Kontent standartlarımıza (aşağıda verilib) uyğun olmayan hər hansı materialı göndərmək, bilərək qəbul etmək, yükləmək, endirmək, istifadə etmək və ya yenidən istifadə etmək üçün.
- Tələb olunmayan və ya icazə verilməyən hər hansı elan və ya reklam materialını və ya bənzər tələbin hər hansı digər formasını (spam) ötürmək və ya onların göndərilməsini təmin etmək.
- Virus, troya atı, kompüter soxulcanı, saatlı bomba, keylogger, casus proqramı, reklam proqramı yaxud kompüterin hər hansı proqram təminatı və ya avadanlığının işinə mənfi təsir göstərmək üçün yaradılmış hər hansı digər zərərli proqram və ya bənzər kompüter kodunu ehtiva edən hər hansı məlumat və ya materialı bilərək ötürmək, göndərmək və ya yükləmək üçün.
Siz həmçinin aşağıdakılara razılıq vermiş olursunuz:
- İstifadə qaydalarımıza zidd olaraq Saytımızın hər hansı hissəsini çoxaltmamaq, satmamaq, həmin hissənin dublikatını və ya surətini çıxarmamaq
- İcazə olmadan aşağıdakılara çıxış əldə etməmək, müdaxilə etməmək, onları zədələməmək və ya pozmamaq:
- Saytımızın hər hansı hissəsi;
- Saytımızın yerləşdiyi hər hansı avadanlıq və ya şəbəkə;
- Saytımızın fəaliyyətində istifadə olunan hər hansı proqram təminatı;
- hər hansı üçüncü şəxsin sərəncamında və ya istifadəsində olan hər hansı avadanlıq, şəbəkə və ya proqram təminatı.
- Saytımızın hər hansı kontentini yaşadığı ölkədə spirtli içki istehlakı üçün müəyyən edilmiş minimum yaş həddinə çatmamış şəxslərlə bölüşməmək.
İnteraktiv xidmətlər
Biz vaxtaşırı olaraq Saytımızda interaktiv xidmətlər, o cümlədən aşağıdakı xidmətləri göstərə bilərik:
- Çat otaqları.
- Elan lövhələri.
- Müsabiqələr
(İnteraktiv xidmətlər).
İnteraktiv xidmətlər göstərilən hallarda biz sizə təklif olunan xidmətin növü, moderatordan istifadə olunub-olunmayacağı və hansı növ moderatordan istifadə olunacağı (o cümlədən canlı yoxsa texniki moderatordan istifadə olunacağı) barədə aydın məlumat verəcəyik.
Biz Saytımızda göstərilən hər hansı interaktiv xidmətdən istifadə edən zaman üçüncü şəxslərin istifadəçilər üçün yarada biləcəyi hər hansı mümkün riski qiymətləndirmək üçün əlimizdən gələni edəcək, bütün hallarda həmin riskləri nəzərə alaraq müvafiq xidmətin göstərilməsi üçün moderatordan istifadənin müvafiq olub-olmadığı (o cümlədən hansı növ moderatordan istifadə etmək) barədə qərar qəbul edəcəyik. Bununla belə, biz Saytımızda göstərilən hər hansı interaktiv xidmətə nəzarət və ya vasitəçilik etmək öhdəliyi daşımır və moderatorun istifadə olunub-olunmamasından asılı olmayaraq, kontent standartlarımıza zidd olaraq hər hansı istifadəçi tərəfindən hər hansı interaktiv xidmətdən istifadə nəticəsində baş verən hər hansı itki və ya zərərə görə məsuliyyət daşımaqdan açıq şəkildə imtina edirik.
İnteraktiv xidmətin göstərilməsi üçün moderatordan istifadə olunduğu hallarda, adətən, biz sizə yaranan hər hansı narahatlıq və ya çətinliklə əlaqədar moderatorla əlaqə saxlaya bilməyiniz üçün əlaqə vasitələrini təqdim edirik.
Kontent standartları
Bu kontent standartları Saytımıza töhfə olaraq verdiyiniz hər hansı və bütün materiallara (Töhfələr), o cümlədən onunla bağlı hər hansı interaktiv xidmətə tətbiq olunur.
Siz aşağıdakı standartlara həm həqiqi, həm də məcazi mənada əməl etməlisiniz. Hər hansı Töhfənin hər bir hissəsinə, o cümlədən bütün hissələrinə tətbiq olunan Standartlar təqdim edildiyi zaman müəyyən edilmiş hər hansı şərt və ya tələbə əlavə olunur.
Töhfələr:
- Dəqiq olmalıdır (faktları ehtiva etdikdə).
- Həqiqətə əsaslanmalıdır (fikirləri ehtiva etdikdə).
- Danimarkada və dərc olunduğu hər hansı ölkədə qüvvədə olan qanunlara uyğun olmalıdır.
Töhfələr:
- Hər hansı şəxsin şərəfini alçaldan hər hansı materialı ehtiva etməməlidir.
- Hər hansı ədəbsiz, təhqiramiz, nifrət dolu və ya təhrikedici materialı ehtiva etməməlidir.
- Seksual xarakterli materialları təbliğ etməməlidir.
- Zorakılığı təbliğ etməməlidir.
- İrq, cinsiyyət, din, milliyyət, əlillik, cinsi oriyentasiya və ya yaş əsaslı ayrı-seçkiliyi təbliğ etməməlidir.
- Spirtli içkilərin məsuliyyətsiz şəkildə daşınılması və ya istifadəsini təbliğ etməməlidir.
- Hər hansı digər şəxsin hər hansı müəlliflik hüququ, məlumat bazası və ya əmtəə nişanı üzrə hüququnu pozmamalıdır.
- Hər hansı şəxsi aldatmaq məqsədi daşımamalıdır.
- Müqavilə üzrə öhdəlik və ya məxfiliyin qorunmasına dair öhdəlik kimi hər hansı üçüncü şəxsin qanunla müəyyən edilmiş hər hansı öhdəliyinin pozulması nəticəsində verilməməlidir.
- Hər hansı qanunsuz fəaliyyəti təşviq etməməlidir.
- Təhdid xarakterli olmamalı, başqasının şəxsi həyatına müdaxilə etmək məqsədi daşımamalı yaxud acıqlanma, narahatlıq və ya lazımsız əndişəyə səbəb olmamalıdır.
- Hər hansı digər şəxsi narahat etmək, məyus etmək, utandırmaq, həyəcanlandırmaq və ya qıcıqlandırmaq məqsədi daşımamalıdır.
- Hər hansı şəxsi təqlid etmək yaxud sizin şəxsiyyətinizi və ya hər hansı şəxslə münasibətinizi yanlış təqdim etmək məqsədi daşımamalıdır.
- Əgər belə deyilsə, bizim tərəfimizdən verildiyi təəssüratını yaratmamalıdır.
- Müəlliflik hüququnun pozulması və ya kompüterdən sui-istifadə kimi hər hansı qanunsuz hərəkəti (yalnız nümunə kimi) müdafiə və ya təşviq etməməli, bu hərəkətin törədilməsinə yardım etməməlidir.
Dayandırma və xitam
Biz yalnız öz mülahizəmizə görə Saytımızdan istifadə etməyiniz nəticəsində bu məqbul istifadə siyasətinin pozulub-pozulmaması barədə qərar qəbul edəcəyik. Bu siyasət pozularsa, biz məqsədəuyğun hesab etdiyimiz tədbirləri görə bilərik.
Bu məqbul siyasətin pozulması Saytımızdan istifadə etdiyiniz zaman tətbiq olunan şərtlərin ciddi şəkildə pozulması deməkdir və bunun nəticəsində aşağıdakı tədbirlərdən hər hansı və ya hər birini həyata keçirə bilərik:
- Saytımızdan istifadə hüququnuzu dərhal, müvəqqəti və ya daimi olaraq ləğv etmək.
- Saytımıza sizin tərəfinizdən yüklənən hər hansı məlumat və ya materialı dərhal, müvəqqəti və ya daimi olaraq ləğv etmək.
- Sizə xəbərdarlıq vermək.
- Pozuntu nəticəsində yaranan bütün xərclərin (o cümlədən müvafiq inzibati və hüquqi xərclər və s.) kompensasiya edilməsi üçün sizə qarşı hüquqi prosedurlar başlatmaq.
- Sizə qarşı əlavə məhkəmə iddiaları qaldırmaq.
- Zəruri hesab etdiyimiz hallarda bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermək.
Biz bu məqbul istifadə siyasətinin pozulması ilə əlaqədar görüləcək tədbirlərə görə məsuliyyət daşımaqdan imtina edirik. Bu siyasətdə təsvir olunan cavab tədbirləri bunlarla məhdudlaşmır və biz məqsədəuyğun hesab etdiyimiz hər hansı digər tədbiri də həyata keçirə bilərik.
Məqbul istifadə siyasətinə dəyişikliklər
Biz istənilən zaman bu səhifəyə düzəlişlər edərək bu məqbul istifadə siyasətinə dəyişikliklər edə bilərik. Sizdən etdiyimiz hər hansı dəyişiklikdən xəbərdar olmaq üçün vaxtaşırı olaraq bu səhifəyə göz gəzdirmək tələb olunur, çünki bu dəyişikliklər hüquqi əhəmiyyət daşıyır. Bu məqbul istifadə siyasətinə daxil olan müddəaların bəziləri həmçinin Saytımızın hər hansı yerində dərc olunmuş müddəa və ya bildirişlərlə əvəz edilə bilər.
2018-ci ilin may ayında yenilənib